"Everton"la müqaviləsi başa çatan Andre Qomes karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Lill"ə keçəcək. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
31yaşlı orta xətt oyunçusu Liqa 1 təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Andre Qomes "Everton"a 2018-ci ilin yayında "Barselona"dan keçmişdi. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 16 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi