"Barselona" Conathan Tah və Coşua Kimmix transferini təxirə salıb.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hər iki futbolçunu bir ildən sonra azad agent kimi transfer etmək istəyir.
İspaniya klubu bu futbolçular üçün təzminat ödəməkdən vaz keçib. Ona görə də, onlarla azad agent kimi müqavilə imzalamağı qətiləşdirib.
Tah "Bayer"in yeni müqavilə təklifini geri çevirib və mövsümün sonunda "Barselona"ya keçməyə razılıq verib. Kimmixlə isə maaş məsələsində razılıq əldə olunmalıdır. "Barselona"nın baş məşqçisi Hans-Diter Flik hər ikisinin yayda heyətə cəlb olunmasını rəhbərlikdən xahiş edib.
saytlarin hazirlanmasi