"Qarabağ"dan "Konyaspor"a

12:18 - 9 Sentyabr 2024

"Qarabağ"ın yarımmüdafiəçisi Hamidu Keyta komandanı tərk etməyə hazırlaşır. Futbolçunun artıq yeni komandası da bəllidir.

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu "Konyaspor"a keçəcək. Artıq tərəflər arasında razılıq əldə edilib. Keyta Türkiyə klubu ilə 2 illik müqavilə imzalayacaq. Onun bu gün Konyaya yollanaraq yeni komandası ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Fransalı 2023-cü il iyulun 1-də "Zirə"dən "Qarabağ"a keçmişdi. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər idi.

Xəbər xətti