Türkiyənin "Hatayspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Beşiktaş"dan Vensan Abubakarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Hatayspor" 32 yaşlı kamerunlu forvardla 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Vensan Abubakar ötən mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi