"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ misirli ulduzu heyətinə qatmaq istəyir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Parislilər yayda İngiltərə klubu ilə müqaviləsi başa çatan 32 yaşlı vingerə sərfəli şərtlər təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Təcrübəli oyunçu cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi