Millimizin rəqibi qalib gəldi

10:49 - 10 Sentyabr 2024

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya millisi yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Xorvatiya yığması Kosovo komandası ilə qarşılaşıb və 5:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, milli Xorvatiya ilə yanaşı, İsveç və Yunanıstan komandaları ilə də qarşılaşacaq.

Qarşılaşmanın təqvimi yaxın günlərdə açıqlanacaq.

Xəbər xətti