Rusiya mətbuatı: "Azərbaycan millisi Fernandu Santuşun təyinatından sonra qarışıq təəssürat yaradır"

12:34 - 10 Sentyabr 2024

Rusiya mətbuatı Azərbaycan millisinin Millətlər Liqasının C1 qrupunun 2-ci turunun Koşitsedə Slovakiya yığmasına uduzmasını (0:2) şərh edib.

Sportal.az xəbər verir ki, “Sport Ekspress” nəşri Slovakiya ilə görüşdə Mehdi Cənnətovun etibarlı performansını xüsusi vurğulayıb:

"Azərbaycan millisi Fernandu Santuşun təyinatından sonra qarışıq təəssürat yaradır. İsveçlilərə qarşı (1:3) əldən verilmiş penalti də daxil olmaqla, çoxlu şanslar yaratdılar. Slovakiyada azərbaycanlılar çox gec fəallaşdılar - dörd dəqiqə ərzində iki qol buraxdılar. Sanki qonaqların yaxşı müdafiə olunan komandası penalti zərbəsi ilə “sındırıldı”. Ozan Kökçünün zərbəsini isə Martin Dubravka dəf etdi. Azərbaycan oyuna qayıtmaq şansından məhrum oldu. Bundan sonra Mahaçqaladan olan Mehdi Cənnatov daha çox ön planda idi, onun sayəsində Azərbaycan millisinin məğlubiyyəti böyükhesablı olmadı".

Xəbər xətti