"Lion"un futbolçusu Rayan Çerki karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul təmsilçisi transfer pəncərəsinin bağlanmasına 3 gün qalmış bu keçidi bitirmək niyyətindədir. "Qalatasaray" 23 yaşlı ön xətt oyunçusu üçün Fransa klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Rayan Çerki "Lion"un yetirməsidir. Fransa millisinin üzvü Liqa 1 təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 141 rəsmi matçda 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi