"Milan"ın qapıçısı Mayk Menyan karyerasını ispaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" fransalı qolkperi transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Menyanın "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. 29 yaşlı "əlcək sahibi" klubun yeni sözləşmə təklifini qəbul etməyib. Bu məqamdan yararlanmaq istəyən "Real" futbolçunu uyğun qiymətə transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi