Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Vest hem"də çıxış edən Emerson Palmyerini transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" 30 yaşlı arxa xətt oyunçusu üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Vest Hem" Emerson Palmyerini 2022-ci ilin avqust ayında "Çelsi"dən heyətinə qatıb. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin forması ilə 4 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi