"Araz-Naxçıvan" "Kəpəz"i məğlub edir - YENİLƏNİB

21:27 - 13 Sentyabr 2024

Misli Premyer Liqasında 6-cı tura start verilib.

Sportal.az xəbər verir ki, milli fasilədən sonra ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Araz-Naxçıvan" öz meydanında "Kəpəz"i qəbul edib. Matç Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb. 

Turun digər oyunları 14-15 sentyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası

13 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” 1:0
Qol:
Benni 76
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”, 19:30

Xəbər xətti