"Qalatasaray"ın ulduzu Braziliya klubuna keçə bilər

13:14 - 13 Sentyabr 2024

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını Braziliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Flamenqo" argentinalı forvardı transfer etmək istəyir. Bu barədə "Mercado de Bola" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi ulduz futbolçunu yanvar ayında heyətinə qatmaq üçün indidən fəaliyyətə başlayıb. Braziliyalıların yaxın zamanda "sarı-qırmızılar"la danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin sentyabr ayında PSJ-dən transfer edib. 31 yaşlı hücumçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 79 rəsmi matçda 56 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti