Macarıstan millisinin üzvü "Qalatasaray"da - RƏSMİ

11:32 - 14 Sentyabr 2024

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Frayburq"dan Rolan Sallaini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" macar vinger üçün Almaniya klubuna 6 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu "sarı-qırmızılar"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.

Qeyd edək ki, "Frayburq" Rolan Sallaini 2018-ci ilin yayında APOEL-dən transfer etmişdi. Macarıstan millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 163 rəsmi matçda 27 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti