"Barselona"nın futbolçusu La Liqada ən yaxşı seçildi

11:10 - 14 Sentyabr 2024

İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Barselona"nın braziliyalı futbolçusu Rafinya mövsümün ilk ayının ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Rafinya ötən ay İspaniya çempionatında meydana çıxdığı 3 oyunda 3 qol vurub, 3 assist edib.

Qeyd edək ki, La Liqada ayın məşqçisi "Barselona"nı çalışdıran Hansi Flik seçilib.


Xəbər xətti