Türkiyənin "Fənərbaxça" klubu Emre Moru icarəyə verib.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" türk vingeri İstanbulun digər təmsilçisi "Eyüpspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ön xətt oyunçusu 2024/2025 mövsümünü Super Liqanın debütantının heyətində keçirəcək.
Qeyd edək ki, "Fənərbaxça" Emre Moru 2022-ci ilin yayında "Fatih Karagümrük"dən transfer edib.
saytlarin hazirlanmasi