Azad agent statusunda olan Adrien Rabyonun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, "Yuventus"dan ayrıldıqdan sonra klubsuz olan fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Rabyo "Marsel"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi