De Blekere "Sabah" - "Turan Tovuz" matçındakı mübahisəli epizodu şərh etdi

23:49 - 16 Sentyabr 2024

Misli Premyer Liqasının 6-cı turunun "Sabah" - "Turan Tovuz"(2:2) matçının sonlarında yaşanan mübahisəli epizodu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere şərh edib.

Sportal.az xəbər verir ki, o, Video Köməkçi Hakimin (VAR) yalnız aşkar səhv olduqda epizoda müdaxilə edə biləcəyini söyləyib:

"Sabah" - "Turan Tovuz" oyununun əsas vaxtının sonuna əlavə edilən 4-cü dəqiqədə qonaq komandanın künc zərbəsi zamanı köməkçi hakim qapı xətti üzərində, künc bayrağının arxasında dayanmışdır. Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır. Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir (VAR protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır). Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir. Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir".

Xəbər xətti