"Mançester Yunayted"dən ayrılan Antoni Marsialın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard karyerasını Yunanıstan Super Liqasında davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransalı hücumçu AEK-lə anlaşıb. Təcrübəli futbolçu Afina təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Onun illik maaşı 2,5 milyon avro olacaq.
Qeyd edək ki, Antoni Marsial 2015-2024-cü illər arasında "Mançester Yunayted"də çıxış edib.
saytlarin hazirlanmasi