Niderlandın PSV klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Eyndhoven təmsilçisi azad agent statusunda olan İvan Perişiçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı vinger PSV ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İvan Perişiç son olaraq ölkəsində "Hayduk"un formasını geyinib. 35 yaşlı futbolçu Split təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi