Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Martin Baturina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" xorvat futbolçunu transfer etmək istəyir. Bu barədə"Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Baturinanı Kristian Eriksenin davamçısı kimi nəzərdə keçirir. "Mançester Yunayted" növbəti yay transfer pəncərəsi zamanı 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün danışıqlara başlamağı planlaşdırır.
Gənc oyunçu ilə Madrid "Real"ı da maraqlanır.
Qeyd edək ki, Martin Baturina 2017-ci ildə "Hayduk" akademiyasından "Dinamo"ya keçib. Xorvatiya millisinin üzvü bu mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi