"Fulhem"in müdafiəçisi Antoni Robinson İngiltərədə klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" amerikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Goal" nəşri məlumat yayıb.
"Fulhem" 27 yaşlı sol cinah müdafiəçis üçün 35 milyon funt-sterlinq tələb edir. Hər iki klubun qışda London təmsilçisi ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, "Fulhem" Antoni Robinsonu 2020ci ilin avqust ayında "Uiqan"dan transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi