"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Şəhərlilər" 21 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubununa 100 milyon avroluq təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi