İngiltərə millisinin üzvü Premyer Liqada klubunu dəyişəcək

20:58 - 23 Sentyabr 2024

"Everton"un hücumçusu Dominik Kalvert-Lyuin mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqa klubunun yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Kalvert-Lyuin "Everton"dan ayrılsa da, Premyer Liqada qalacaq. 27 yaşlı forvardın "Nyukasl"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, "Everton" Dominik Kalvert-Lyuini 2016-cı ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Liverpul təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti