"Nottingem Forest"in müdafiəçisi Murilyo qışda klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Real", "Barselona" və "Bavariya" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Avropa nəhəngləri 22 yaşlı mərkəz müdafiəçisi üçün qış transfer pəncərəsi zamanı İngiltərəv klubu ilə danışıqlara aparacaq.
Qeyd edək ki, "Nottingem Forest" Murilyonu ötən ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. "Sambaçı" bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb. Onun klubu iıə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi