Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxdığı üçün "Barselona" yeni qapıçı axtarır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlayan Voyçex Şesnıyı heyətinə qatmaq istəyir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
"Barselona" artıq polşalı qolkiperlə danışıqlara başlayıb. 34 yaşlı qapıçı hələ ki, təklifə cavab verməyib.
Qeyd edək ki, Voyçex Şesnıy 2017-2024-cü illər arasında "Yuventus"da çıxış edib.
saytlarin hazirlanmasi