Yusuf Yazıcı karyerasını Yunanıstan Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi "Olimpiakos"a keçə bilər. Bu barədə yunan mediası məlumat yayıb.
Pirey təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilə şərtlərini razılaşdırıb. Keçidin qısa müddətdə tamamlanacagı bildirilir.
Qeyd edək ki, Yusuf Yazıcı ötən mövsümün sonunda "Lill"dən ayrıldıqdan sonra klubsuzdur.
saytlarin hazirlanmasi