"Fənərbaxça"dan ayrılan hücumçu İngiltərəyə yollandı

16:35 - 26 Sentyabr 2024

"Fənərbaxça"dan ayrılan Joao Pedronun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü karyerasını İngiltərədə davam etdirəcək.

32 yaşlı hücumçu "Hall Siti"yə keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Fənərbaxça" Joao Pedronu 2022-ci ilin yayında "Kalyari"dən transfer etmişdi. Təcrübəli forvard ötən mövsüm icarə əsasında Braziliyanın "Qremio" klubunda çıxış edib.

Xəbər xətti