Rodri zədə səbəbindən mövsümü erkən başa vurduğu üçün "Mançester Siti" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Torino"da çıxış edən Samuele Riççini transfer etmək istəyir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.
"Mançester Siti" rəhbərliyi qış transfer pəncərəsi zamanı 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün İtaliya klubuna müraciət edəcək.
Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yanvar ayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi