Neymar sabiq klubuna qayıdır

19:20 - 30 Sentyabr 2024

"Əl-Hilal"ın futbolçusu Neymar gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalan 32 yaşlı futbolçu mövsümün sonunda Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Braziliyalı vingerin yeni ünvanı da bəllidir. Ulduz futbolçu ölkəsinə qayıdacaq. Neymar yetirməsi olduğu "Santos" klubuna dönməyi planlaşdırıb.

Qeyd edək ki, Neymar 2013-cü ilin yayında "Santos"dan "Barselona"ya transfer olunmuşdu. 2017-ci ildə "Barselona"nı PSJ-yə dəyişən "sambaçı" ötən ilin yayında "Əl-Hilal"a üz tutub. O, 1 ildən çoxdur zədə səbəbindən oyunlara çıxa bilmir.

Xəbər xətti