"Lion" yayda "Qalatasaray"dan icarəyə götürdüyü Vilfred Zahanı göndərmək istəyir.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin məşqçilər korpusu 32 yaşlı vingerin performansından narazıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Lion" bir mövsümlük heyətinə qatdığı Fil Dişi Sahilindən olan futbolçunu qışda göndərməyi planlaşdırır.
Qeyd edək ki, Vilfred Zaha "Lion"un heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi