"Real" və PSJ-nin sabiq futbolçusu Xese Rodriqesin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 31 yaşlı vinger karyerasını Malayziyada davam etdirəcək.
İspan futbolçu "Yohor Tazim"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov da "Yohor Tazim"də çıxış edir.
saytlarin hazirlanmasi