Kriştiano Ronaldo ulduz futbolçunu yanına aparır

16:11 - 5 Oktyabr 2024

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Kevin De Bruyne Səudiyyə Ərəbistanına üz tuta bilər.

Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" belçikalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Ərəblər İngiltərə klubu ilə yeni sözləşmə imzalamayan Kevinə həftəlik 1 milyon funt-sterlinq maaş təklif edəcək.

Kriştiano Ronalda da Belçika millisinin üzvünün komandaya gəlməsini istəyir. Portuqaliyalı hücumçu inanır ki, De Bruynenin gəlişi ilə "Əl-Nəsr" Səudiyyə Ərəbistanının ən güclüsü olacaq.

Qeyd edək ki, "Mançester Siti" Kevin De Bruyneni 2015-ci ildə "Volfsburq"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti