Rusiyanın "Orenburq" klubunun müdafiəçisi, "Zenit"in yetirməsi Artem Kasimov Azərbaycan milli komandasının heyətində mümkün çıxışı ilə bağlı fikirlərini bildirib. Sportal.az xəbər verir ki, "Matç TV"yə müsahibə verən 21 yaşlı mərkəz müdafiəçisi AFFA-dan təklif alması haqda danışıb.
- Azərbaycanla bağlılığınız var?
- Bəli, var. Mənim bilmədiyim başqa ölkə ilə bağlılığım da mümkündür. Amma əsasən iki ölkə ilə bağlılığım var: Azərbaycan və Rusiya.
- Bakıda qohumların var?
- Bakıda yox. Amma Bakıya yaxınlıqda yerləşən Sumqayıtda var.
- Azərbaycanda sizin haqqınızda məlumat varmı? Söhbət milli komandadan gedir...
- Hələ “Zenit”də, akademiyada və gənclər komandasında olanda AVRO-nun seçmə mərhələsinə getmək variantım var idi. Lakin sonra imtina etdim, çünki uşaqlıq arzum Rusiya millisində oynamaq idi. Azərbaycan millisinin təklifindən imtina etdikdən iki ay sonra Rusiyanın gənclərdən ibarət yığmasına cəlb olundum. Ona görə də hər şeyi düzgün etdiyimi düşünürəm. Bununla belə, mənim vətənim Rusiyadır. Mən süni şəkildə başqa ölkəni deyil, öz ölkəmi təmsil etmək istərdim.
- Gələcəkdə Azərbaycanın əsas komandasında oynamaq variantın qalıb?
- Yəqin ki, hər şey mümkündür. Mən heç nəyi inkar etməyəcəyəm. Amma hazırda Rusiya yığmasında olmaq istərdim.
saytlarin hazirlanmasi