Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"da çıxış edən paulo Dibalanı transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qalatasaray" "Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan argentinalı hücumçunu qış transfer pəncərəsi zamanı heyətinə qatmaq niyyətindədir. Bununla bağlı qarşıdakı günlərdə klublar arasında görüş baş tutacaq.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayında "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Roma"ya keçib. 30 yaşlı forvard bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi