"Mançester Yunayted" qışda heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Palmeyras"da çıxış edən Riçard Riosdur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Palmeyras" kolumbiyalı dayaq yarımmüdafiəçisini yanvar ayında satmağa hazırdır. Braziliya klubu 24 yaşlı oyunçuya 20 milyon avro qiymət qoyub. "Mançester Yunayted" bu məbləği ödəməyə isti yanaşır.
Qeyd edək ki, "Palmeyras" Riçard Riosu 2023-cü ilin mart ayında "Quarani"dən transfer edib. Kolumbiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 94 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi