Ötən mövsüm klubların sıxıntı çəkdiyi məsələ AFFA-nın ayırdığı maliyyənin gecikməsi ilə bağlı idi. Mövsümboyu ləngimələr müşahidə olunurdu.
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu gün AFFA tərəfindən klublara sentyabr ayı üçün nəzərdə tutulan ödəmələr edilib. Federasiyanın icraçı direktoru Sərxan Hacıyev klublara bildirib ki, bundan sonra daha gecikmələr olmayacaq.
Qeyd edək ki, ödəmələrdəki gecikmələr daha çox AFFA tərəfindən ayrılan maliyyə hesabına ayaqda qalan klublara çətinlik yaradırdı.
saytlarin hazirlanmasi