"Qalatasaray"ın hücumçusu Argentinada oynaya bilər

14:58 - 10 Oktyabr 2024

"Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrılan bilər.

Sportal.az xəbər verir ki, argentinalı hücumçunun karyerasını ölkəsində davam etdirmək ehtimalı var. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

"River Pleyt" 31 yaşlı forvardı transfer etmək istəyir. Buenos Ayres təmsilçisi qışda ulduz futbolçu üçün Türkiyə klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti