"Borussiya" mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürdüyü Yan Kouto ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi braziliyalı sağ cinam müdafiəçinin transfer hüququna yiələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Almaniya klubu 22 yaşlı futbolçu üçün "Mançester Siti" yə 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Yan Kouto "Borussiya"nın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi