"Beşiktaş" qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"da çıxış edən Arman Loryenteni transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş" yayda heyətinə qata bilmədiyi fransalı vinger üçün yenidən cəhd edəcək. "Qara qartallar" 25 yaşlı ön xətt oyunçusu üçün İtaliya klubuna yeni təklif göndərəcək.
Qeyd edək ki, "Sassuolo" Arman Loryenteni 2022-ci ilin yayında Fransanın "Loryen" klubundan transfer edib. Fransa U-21 millisinin sabiq üavü bu mövsüm B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi