"Bayer"in müdafiəçisi Conatan Ta karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya"nın da transfer siyahısında yer alan almaniyalı futbolçunu "Real" heyətinə qatmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Madrid təmsilçisi mövsümün sonunda "Bayer"lə müqaviləsi başa çatan və azad agent statusunda olacaq 28 yaşlı mərkəz müdafiəçisi üçün fəaliyyətə başlayıb. "Real" rəsmiləri futbolçunun meneceri ilə danışıqlara start verib.
Qeyd edək ki, Comatan Ta 2015-ci ilin yayından "Bayer"də çıxış edir. Almaniya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi