Uduza-uduza gedən yığmalarımız - AFFA üçün adiləşən məğlubiyyətlər

13:40 - 11 Oktyabr 2024

Haçan baxırsan, aşağı yaş qrupu üzrə millilərimizdən biri kiməsə məğlub olub. Tacikistana uduzan kim, Belarus qarşısında aciz qalan kim... Nə yalan deyim, gözümüz də artıq alışıb məğlubiyyətlərə. 

Yığmalarımız uduzanda yox, udanda qəribə gəlir adama. AFFA rəhbərliyi özü kimi bizi də öyrəşdirib uğursuz nəticələrə. Belə bir acınacaqlı durum... 

AFFA-nın əvvəlki rəhbərliyi hər şeyi öz bildiyi kimi eləyirdi. Yanlış yolla gedirdilər, düz eləmirdilər, amma nəsə bir hərəkətlilik var idi. İndiki rəhbərlik isə ümumiyyətlə heç nə eləmir. Deyəsən, durğunluq yaradıb vaxt dartmaq niyyətindədilər. Hələ ki yalnız strategiya hazırlamaq görüntüsü var, heç bir plan, heç bir əməli fəaliyyət yoxdur. 

AFFA-nın məğlubiyyətlərə alışması, bizim bu nəticələrə öyrəşməyimizdən daha betəri uşaqlarımızın məğlub psixologiyaya uyğunlaşmasıdır. Balacalıqdan uduza-uduza böyüyən uşaqlar gələcəkdə də məğlub təfəkkür sahibinə çevrilirlər. Ona görə də, illər keçir, uduzmaq vərdişimiz qalır. 

Həmid

Xəbər xətti