"Bornmut"un futbolçuları Miloş Kerkez və Antuan Semenyo Premyer Liqada klublarını dəyişə bilərlər.
Sportal.az xəbər verir ki, "Arsenal" hər iki oyunçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Topçular" qır transfer pəncərəsi zamanı bu futbolçular üçün "qırmızı-qaralar"la danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi ötən ilin yayında "AZ Alkmar"dan transfer edib. 20 yaşlı macarıstanlı sol cinah müdafiəçisi bu mövsüm komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb.
Antuan Semenyo da "Bornmut"a ötən ilin yayında "Bristol Siti"dən cəlb olunub. Qana millisinin üzvü olan 24 yaşlı vinger cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda iştirak edib və 3 qol, 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi