"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen yayda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, danimarkalı futbolçu Premyer Liqa klubu ilə mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyəcək. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Eriksenin yeni klubu da məlumdur. 32 yaşlı futbolçunun sabiq komandası "Ayaks"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yanvar ayından "Mançester Yunayted"də çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi