"Azərbaycan millisi çox yaxşı komandadır. Texniki cəhətdən də çox yaxşı oyunçulara sahibdir. Rəqib meydançasına keçidlərdə yaxşı çıxış edirlər. Onlar bu mövsüm Millətlər Liqasına çox yaxşı başlamadılar. Amma evdə çox güclü rəqibdirlər. Ötən il İsveç üzərində qələbə qazanmışdılar. Çox təhlükəli komandadır. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qələbə qazanaq".
Sportal.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının C1 qrupunun Azərbaycanla oyunundan öncə keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Püşkatmada Azərbaycan millisi çıxdıqdan sonra reaksiyanız necə olmuşdu?
- İlk sualda dediyim kimi, Azərbaycan çox təhlükəli rəqibdir. Biz bilirik ki, onların gücü indiyə qədər göstərdikləri performansdan daha çoxdur. Əminəm ki,sabah onlar çox yaxşı oyun nümayiş etdirəcəklər. Sabahkı matçda çox diqqətli olmalıyıq.
- İsveç və Slovakiya milliləri turnir cədvəlində eyni xala malikdir. Qrupun taleyini böyük ehtimalla top fərqi həll edəcək. Bu o deməkdir ki, sabahkı matçda hücumameyilli heyət və oyunla çıxacaqsız?
- Bizim mentalitetimiz hər zaman bizə diqtə edir ki, hər oyunda qələbə qazanaq. Azərbaycan millisinə inanılmaz hörmətimiz var. Biz bilirik ki, keçmişdə də bizi məğlub ediblər. Hazırda çox yaxşı və təcrübəli məşqçisi var. Onu da çox bəyənirəm. Biz Bakıya qələbə qazanmaq üçün gəlmişik.
Mirbağırağa
saytlarin hazirlanmasi