Ceyhun Sultanov: "Emin Mahmudova qarşı qərəz var, bunu Santuşa yaraşdırmadım"

10:00 - 14 Oktyabr 2024

Ölkəmizin ən yaxşı futbolçularından sayılan Emin Mahmudov "Neftçi"dən sonra millidə də kapitanlıq sarğısından məhrum olunub. Klubda verilən qərar artıq istefaya göndərilmiş Roman Qriqorçuka məxsus idi və ukraynalı mütəxəssis bunun səbəbləri barədə dolğun şərh verməmişdi. 

Milli komandanın baş məşqçi Fernandu Santuş kapitanlıq sarğısının Emin Mahmudovdan alınmasına aydınlıq gətirib. Onu dolayısı ilə xaraktersizlikdə ittiham eləyib. İsveçlə oyunda penalti zərbəsini Ramil Şeydayevə verməsinin cəzasını belə kəsib Mahmudova. 

Santuşun bu qərarından sonra məsələ ilə bağlı "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanovun fikirlərini öyrəndik. O, Emin Mahmudovun ətrafında baş verənləri qərəz adlandırdı:

"Hər bir futbolçunun karyerasında eniş olur. Amma uzun illərdir millinin kapitanı olan adamdan sarğını alıb başqasına vermək ona qarşı hörmətsizlikdir. Emin Mahmudova qarşı qərəz var, Santuşa bunu yaraşdırmadım. Məncə, Emin bir qədər səbirli olsun. O, Azərbaycan futbolu üçün çox iş görüb. Bir insana düşüşdə olanda dəstək vermək lazımdır, yüksəlişdə zatən hamı yanında olur".

Xəbər xətti