"Everton"un hücumçusu Dominik Kalvert-Lyuin karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Yuventus" İngiltərəli forvardı heytinə qatmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi mövsümün sonunda "Everton"la müqaviləsi başa çatan 27 yaşlı futbolçunu azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır. "Yuventus" qışda oyunçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Doninik Kalvert-Lyuini 2016-cı ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi