"Benfika"nın müdafiəçisi Alvaro Karreras qış transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" və "Real"dan sonra "Liverpul" da ispan futbolçuya "elçi düşüb". Bu barədə "O Jogo" nəşri məlumat yayıb.
İngiltərə klubu yanvar ayında 21 yaşlı sol cinah müdafiəçisi üçün "Benfika"ya təklif göndərəcək. Futbolçunun sərbəstqalma məbləği 50 milyon avrodur.
Qeyd edək ki, "Benfika" Alvaro Karrerası mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İspaniya U-21 millisinin üzvü Lissabon təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi