"Mançester Yunayted"in futbolçusu Antoni qışda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi brziliyalı vingeri satmaq və ya icarəyə vermək variantını nəzərdən keçirir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
24 yaşlı futbolçu özü də ayrılığa isti yanaşır. O, daha çox oynaya biləcəyi bir kluba keçmək istəyir. "Ayaks", "Nyukasl" və "Kristal Pelas" "sambaçı"nı heyətinə qatmağa iddialıdır.
Qeyd edək ki, "Mançester Yunayted" Antonini 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi