Millətlər Liqası: Bu oyunun məkanı dəyişdiriləcək

16:34 - 15 Oktyabr 2024

Millətlər Liqasının qrup mərhələsinin Şimali İrlandiya - Belarus matçının məkanı dəyişdirilə bilər. 

Sportal.az "BBC"yə istinadən xəbər verir ki, Belarus komandasının oyunçularına və personalına Britaniya vizası verilmir. 

Görüş noyabrın 15-də keçiriləcək. Belarus komandaları Rusiya komandalarından fərqli olaraq beynəlxalq yarışlardan kənarlaşdırılmayıb, ev oyunlarını neytral meydanda boş tribunalar qarşısında keçirirlər.

Lakin Böyük Britaniya hökuməti Belarusa qarşı sanksiyalara görə belaruslara viza və ölkəyə girişinə icazə veriləcəyinə zəmanət verə bilmir. 

Bununla bağlı Şimali İrlandiya yığması ilə oyunun başqa stadiona keçirilməsi gündəmdədir. 

Xəbər xətti