"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Parislilər mövsümün əvvəlində heyətinə qata bilmədiyi 27 yaşlı ön xətt oyunçusu üçün gələn ilin yayında yenidən cəhd edəcək.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi